Modern.az

Həftəsonu Azərbaycanda 36 kiloqram narkotik aşkarlanıb

Həftəsonu Azərbaycanda 36 kiloqram narkotik aşkarlanıb

15 İyul 2024, 09:48

Polis əməkdaşları iyulun 13-də və 14-də ölkə ərazisində çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar ediblər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?