Modern.az

Göyçay sakini qonşusunu baltaladı

Göyçay sakini qonşusunu baltaladı

Hadisə

22 İyul 2024, 11:18

İyulun 21-də gecə saatlarında Göyçay şəhərində Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA