Modern.az

Tokayev Pezeşkiyanla telefonla danışdı

Tokayev Pezeşkiyanla telefonla danışdı

22 İyul 2024, 14:08

Tokayev İran Prezidenti ilə telefonla danışıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanı qələbə münasibətilə təbrik edib. Söhbət zamanı iki ölkə başçısı Qazax-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib.

 

Tərəflər ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat