Modern.az

"Snayper hazırlığı” kursu keçirilib - FOTO

"Snayper hazırlığı” kursu keçirilib - FOTO

23 İyul 2024, 10:58

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib.

 

Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə