Arxiv
25 Sentyabr 2009, 18:27 | PARLAMENT
Vitse-spiker: “Qanunvericiliyimizin Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”

Milli Məclisdə Avropa Birliyinin “Azərbaycan Milli Məclisinə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib. 950 min avro məbləğində büdcəsi olan layihə 24 ay ərzində həyata keçiriləcək. Modern.az-ın məlumatına görə, mərasimdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, layihə Avropa Birliyi ilə Azərbaycan arasında imzalanan “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilir.

V.Ələsgərov deyib ki, layihənin həyata keçirilməsində Azərbaycan və Avropa Birliyi tərəfdaş kimi Litva Seymini seçib: “Çünki Azərbaycanla Litva arasında geniş əlaqələr mövcuddur. Azərbaycan tvinninq layihəsinə böyük maraq göstərir. Bu layihə Azərbaycanla Avropa arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradacaq”.

Litva Seyminin sədr müavini Çaslovas Srtankeviçus bildirib ki, Litva ilə Azərbaycan arasındakı münasibətlər bu layihə sayəsində daha da inkişaf edəcək.

Vitse-spikerin fikrincə, Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi üçün layihə çərçivəsində litvalı deputatlar öz təcrübələrindən maksimum istifadə edəcəklər: “Biz düşünürük ki, bu layihənin reallaşması Azərbaycanda parlamentin icra strukturları ilə əlaqələrinin yenidən qurulmasıyla da nəticələnəcək. Litva artıq öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıraraq Avropa Birliyinə qəbul olunub. Biz Azərbaycan qanunvericiliyinin də Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu 12 Dekabr 2019, 09:45 Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı 12 Dekabr 2019, 09:41 Bu gecə cəbhədə vəziyyət çox gərgin olub  12 Dekabr 2019, 09:35 Bakıda bəzi yollar bağlandı - SİYAHI 12 Dekabr 2019, 09:26 176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb 12 Dekabr 2019, 09:15 Nazir müavininin qardaşı vəfat edib 12 Dekabr 2019, 08:49 YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI 12 Dekabr 2019, 08:27 Bu gün AvroLiqada 22 oyun - “Qarabağ” son matçına çıxır - TƏQVİM 12 Dekabr 2019, 08:17 Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı - “Qalatasaray” darmadağın oldu - NƏTİCƏLƏR 12 Dekabr 2019, 08:13 Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Əbədiyyətə Azərbaycan yazan lider - anım günüVİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53