Modern.az

Əhalinin əmanətləri, bankomatların və bankların sayı

Əhalinin əmanətləri, bankomatların və bankların sayı

Ölkə

7 May 2010, 12:50

Əmanətlər Mərkəzi Bankın mətbuat xidməti bildirir ki, 2010-cu il aprel ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4683,4 mln. manat təşkil edib. Bunun 2395 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 % çoxdur. Depozitlərin 2288,4 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il aprelin 1-nə banklara qoyulan əmanətlərin 980,6 mln. manatı (40,9%) manatla, 1414,3 mln. manatı (59,1%) isə xarici valyuta ilə cəlb edilib.

 

2010-cu il aprel ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8485,2 mln. manat təşkil edib. Kreditlərin 28,3%-i və ya 2401,9 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1843,2 mln. manat (21,7%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 438,8 mln. manatı (5,2%), sənaye və istehsalın payına isə 597,0 mln. manatı (7,0%) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1508,2 mln. manatı və ya 17,8%-i, kənd təsərrüfatı və emalına 387,2 mln. manatı və ya 4,6%-i, inşaat və əmlak sahəsinə 562,4 mln. manat (6,6%), digər sahələrə isə 53,2 mln. manatı və ya 0,6%-i yönəldilib.

 

1715 ədəd bankomat

 

2010-cu il aprel ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1715 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 139 ədəd çoxdur. Cari ilin aprelin 1-nə bankomatların 967-si Bakı şəhərində, 748-i isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8737 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 327 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7950-si Bakı şəhərində, 787-si isə digər regionlarda yerləşir.

 

Dövriyyədə olan pul kütləsi

 

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il aprel ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6182,6 mln. manat təşkil edib. 2010-cu il aprelin 1-nə olan pul kütləsinin 4312,1 mln. manatı nağd pul vəsaitlərinin, 878,6 mln. manatı tələb edilənədək vəsaitlərin, 991,9 mln. manatı isə müddətli depozitlərin payına düşüb. 

İqtisadiyyata kredit qoyuluşu

 

2010-cu il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8485,2 mln. manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,4% artıb. Kredit qoyuluşlarının 355,9 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2010-cu il aprelin 1-nə kreditlərin 2288,9 mln. manatı (27,0%) qısamüddətli, 6196,3 mln. manatı (73,0%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lə¬rin 174,5 mln. manatı və ya 7,6%-i, uzunmüddətli kreditlərin isə 181,5 mln. manatı və ya 2,9%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3923,4 mln. manat (46,2%), özəl banklar tərəfindən 4378,7 mln. manat (51,6%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,2 mln. manat (2,2%) kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2088,7 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,6%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 412,8 mln. manat (4,9%) kredit vermişlər. Kreditlərin 5044,3 mln. manatı və ya 59,4%-i manatla, 3440,9 mln. manatı və ya 40,6%-i xarici valyuta ilə verilib.

 

47 bankın lisenziyası var 2010-cu il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 145 kredit təşkilatının lisenziyası olub. Bunlardan 98-i bank olmayan kredit təşkilatlarıdır. 1 aprel 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olub, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 631-ə bərabər olub. Bunların 38-i dövlət, 593-ü isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 41-ə, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir