Modern.az

Türkiyə XİN-dən Pakistandakı terrora REAKSİYA

Türkiyə XİN-dən Pakistandakı terrora REAKSİYA

Dünya

26 Avqust 2024, 19:58

Bu gün Pakistanın Bəlucistan əyalətində törədilmiş terror aktını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə başsağlığı diləyirik.

 

Modern.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Pakistanda törədilən terror aktı ilə bağlı bəyanatında yer alıb.

 

Bəyanatda bildirib ki, Türkiyə terrorla mübarizədə dost və qardaş Pakistan hökuməti və xalqı ilə tam həmrəydir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?