Modern.az

Durov məhkəmə nəzarəti altında sərbəst buraxıldı

Durov məhkəmə nəzarəti altında sərbəst buraxıldı

29 Avqust 2024, 07:45

Fransada istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

 

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

 

Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?