Modern.az

Yüksək vəzifəli məmurlardan kimlər fəlakət zonasında olub?

Yüksək vəzifəli məmurlardan kimlər fəlakət zonasında olub?

Ölkə

7 May 2010, 14:53

Kürətrafı rayonlardakı yaşayış məntəqələri bir-birinin ardınca sel sularına təslim olur. Modern.az bir neçə gündür ki, Kür çayının təhlükə törətdiyi rayonların deputatları və yerli İcra hakimiyyətlərinin rəsmilərilə ilə əlaqə saxlayıb, son durumu öyrənir. Təbii fəlakət zonasında dəhşətli vəziyyətin hökm sürdüyü bu vaxtda Azərbaycanın müvafiq nazirliklərinə rəhbərlik edənlər nədənsə yollarını o tərəflərdən salmırlar. Son günlər təbii fəlakət zonalarına hansı yüksək dövlət qurumunun rəhbəri baş çəkib? Sualımıza cavab almaq üçün həmin bölgələrdən qayıdan millət vəkillərinə müraciət etdik.

Kürdəmir. Fərhad Qəribov: “Bildiyim qədər fövqəladə halllar naziri Kəmaləddin Heydərov Kürdəmirdə olub. Kür sahilinə gəmi ilə nəzarət edilir. Ancaq dəqiq bilmirəm onlar kimlərdir. İcra nümayəndələri də orada olub. Təşkilatlar ora cəlb edilib. Hazırda işlər gedir. Mən dünən axşam Kürdəmirdən tədbirlə əlaqədar Bakıya gəlmişəm. Hələki vəziyyət pis deyil”.

 

Sabirabad.  Pənah Hüseyn: “Məndə olan məlumata görə, bu fəlakət zonasına “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev gedib. Qeyd edim ki, bu qurumun sədri Əhməd Əhmədzadənin özü də sabirabadlıdır”. (Ən son

məlumata görə, baş nazirin müavini Abid Şərifov da hadisə yerinə gedib).

Neftçala. Fəzail Ağamalı: “Başqasını deyə bilmərəm, ancaq mən bir millət vəkili kimi fəlakət zonasında olmuşam. Həmçinin mən orada olan zaman Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri, rayon rəhbərliyi xalqla birlikdə təbiətin şıltaqlığına qarşı səfərbər edilmişdi”.

 

Salyan. Əkrəm Abdullayev: “Məndə olan məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri orada olublar”.

 

 

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır