Modern.az

Almanlar üçün 9 May nə deməkdir?

Almanlar üçün 9 May nə deməkdir?

8 May 2010, 18:24

Postsovet məkanı ölkələri Böyük Vətən müharibəsində tarixi qələbənin 65-ci ildönümünü qeyd edir. Modern.az xəbər verir ki, 9 May həm də İkinci Dünya müharibəsinin taleyini həll etmiş tarixi gündür. Almanlar üçün 9 May  nə deməkdir?

Məlumatlara görə, almanlar üçün  İkinci Dünya müharibəsi maraqsız mövzudur.  Onlar müharibənin başlanması, başa çatması tarixini bilmir və eləcə də onun nəticələri  barədə fərqli danışırlar. Fors sosioloji İnstitutunun araşdırmalarının nəticələrinə əsasən, Almaniya Federativ Respublikası əhalisinin 50 faizi İkinci Dünya müharibəsinn nə zaman başa çatdığını və 1945--ci il mayın 8-də Berlində nələr baş verdiyini (Almaniya SSRİ ilə  kapitulyasiya aktı imzaladı) bilmir.

Xüsusən də AFR–də gənc nəslin nümayəndələrinin tarixi hadisələr barədə məlumatlarının  olmadığı aydın olub. Rəyi soruşulanların  68 faizi Avropada müharibənin nə zaman başa çatdığını bilmir. 

 

Almanlar müharibədə sovet xalqının itkiləri barədə heç nə bilmir. Sovet tərəfin itkilərinin miqyası barədə yalnız rəyi soruşulanların 18 faizi düzgün cavab verə bilib. Almanların 85 faizi hesab edir ki, 8 may azadlıq günündən  çox, məğlubiyyət günüdür.  

 

Sorğular göstərib ki, müharibə Almaniya əhalisinin əksəriyyəti üçün vacib mövzu olmaq qüvvəsini itirib. Respondentlərin yalnız 17 faizi hesab edir ki, onlar müharibə mövzusunu müntəzəm müzakirə edir, 31 faizi bu barədə təsadüfdən təsadüfə, 26 faiz isə nadir hallarda danışır.

 

1985-ci il mayın 8-də ikinci dünya müharibəsindən 40 il sonra Almaniya Federativ Respublikasının prezidenti Rixard fon Vayszekker ilk alman siyasətçisi kimi mühüm çıxış edib. Dövlət başçısı Bundestaqda çıxış edərkən bəyan edib ki, “almanlar üçün 8 may bayram günü deyil”. Qeyd edək ki,  onun atası Ernst fon Vayszekker nasistlər yanında Xarici İşlər Nazirliyində mətbuat katibi olub. Onun sözlərinə görə, müharibədən sonra Almaniyanın qaranlıq keçmişi və qeyri-müəyyən gələcəyi olub. Lakin tarixi saf-çürük etdikdən sonra dövlət başçısı bildirib ki, almanlar üçün də 8 may azadlıq günı olub. “Bu gün bizi nasional-sosialist qeyri-insani despotik sistemdən xilas edib”,-deyə prezident bildirib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır