Modern.az

Zelenski "qələbə planını" ABŞ-yə apardı 

Zelenski "qələbə planını" ABŞ-yə apardı 

Dünya

23 Sentyabr 2024, 08:09

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

O, Birləşmiş Ştatlara gəldiyini, burada BMT Baş Assambleyasının iclasında iştirak edəcəyini və Ukraynanın “qələbə planını” Co Baydenə təqdim edəcəyini bildirib.

 

Məlumata görə, Zelenski bazar ertəsi BMT-də keçiriləcək Gələcək Sammitində çıxış edəcək. Sammitin saytında deyilir ki, dünya liderlərinin iştirak edəcəyi bu beynəlxalq forumda “daha yaxşı bu günə necə nail ola biləcəyimiz və gələcəyi qoruya biləcəyimizə dair yeni beynəlxalq konsensusun formalaşdırılması” planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?