Modern.az

“Hizbullah” Həsən Nəsrullahın ölümünü TƏSDİQLƏDİ

“Hizbullah” Həsən Nəsrullahın ölümünü TƏSDİQLƏDİ

Dünya

28 Sentyabr 2024, 15:52

“Hizbullah” hərəkatı bu təşkilatın lideri Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində öldüyünü təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İsrail cümə günü Beyrutun Dahiye bölgəsinə ağır aviazərbələr endirib. Hücum nəticəsində onlarla ölən və yaralananın olduğu bildirilir.

“Hizbullah” hərəkatı şənbə günü günortadan sonra verdiyi açıqlamada Seyid Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində öldüyünü açıqlayıb. Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.

İsrail tərəfi bundan əvvəl dünənki aviahücum zamanı Həsən Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli komandirinin öldürüldüyünü bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?