Modern.az

Suriyadakı Amerika bazası ATƏŞ ALTINDA

Suriyadakı Amerika bazası ATƏŞ ALTINDA

Dünya

29 Sentyabr 2024, 09:09

Suriya şimal-şərqində Deyr əz-Zor vilayətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazası atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, bazaya raketlər və pilotsuz uçuş aparatları atılıb. Mənbə həmçinin birbaşa zərbələr barədə məlumat verib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

 

Bu baza son dəfə avqustun 29-da atəşə tutulmuşdu. O zaman mərmi hərbi obyektin özünə dəyməmiş, ABŞ hərbçiləri xəsarət almamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?