Modern.az

Mişustin İrandan sonra Ermənistana gedəcək

Mişustin İrandan sonra Ermənistana gedəcək

Dünya

30 Sentyabr 2024, 08:03

Rusiyanın Baş naziri Mixail Mişustin İrandan sonra Ermənistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

 

Səfər oktyabrın 1-də baş tutacaq. Mixail Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasında iştirak edəcək.

 

Qeyd edək ki, Rusiya Baş naziri sentyabrın 30-da İranda səfərdə olacaq.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?