Modern.az

Bəşər Əsədin general qardaşı öldürülüb?

Bəşər Əsədin general qardaşı öldürülüb?

Dünya

30 Sentyabr 2024, 11:24

İsrailin Dəməşq şəhərinə endirdiyi zərbələr nəticəsində Suriya Prezidenti Bəşər Əsədin qardaşı general Mahir Əsədin ölməsi barədə xəbərlər yayılıb.

 

Modern.az-ın məlumatına görə, xəbərlər ərəbdilli mediada və teleqram kanallarında paylaşılıb.

 

Xəbərə görə, Mahir Əsədin Dəməşq yaxınlığında yerləşən villasına hücum edilib.

 

Ancaq Suriya İnsan Haqları Müşahidə Qrupu məlumatı təkzib edib. Təşkilatın məlumatına görə, Suriya ordusunun 4-cü diviziyasının komandiri Mahir Əsəd hücum zamanı paytaxtdan kənarda olub.

 

Ərəb mediasının məlumatına görə, villadan tez-tez Hizbullah liderləri və İran hərbçiləri istifadə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat