Modern.az

Qasırğa nəticəsində ölənlərin sayı 100-ü keçdi

Qasırğa nəticəsində ölənlərin sayı 100-ü keçdi

Dünya

30 Sentyabr 2024, 23:34

ABŞ-ın cənub–şərqində, Atlantik okeanı sahillərində hökm sürən “Helene” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, ölüm halları ABŞ-ın Cənubi Karolina, Corciya, Florida, Şimali Karolina, Virciniya və Tennesse ştatlarında qeydə alınıb. Yüzlərlə insanın taleyi barədə məlumat yoxdur. Səlahiyyətli şəxslər ölüm sayının artacağını istisna etmirlər. Yollar bağlıdır. İki milyon insan elektrik enerjisiz qalıb.

 

Bu həftənin sonunda Karib dənizində və ya Meksika körfəzində yeni fırtınanın yaranacağı ehtimal edilir.

 

Ağ evin yaydığı məlumata əsasən, həftə sonu ABŞ Prezidenti Co Baydenin qasırğadan xəsarət almış bir sıra bölgələrə səfəri nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat