Modern.az

İstanbulda süni intellekt sammiti keçiriləcək

İstanbulda süni intellekt sammiti keçiriləcək

Aktual

4 Dekabr 2024, 17:44

Dekabrın 13-14-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək.
 

Modern.az xəbər verir ki, Sammitdə “Ünsiyyətdə süni intellekt: trendlər, tələlər və transformasiya” mövzusunda müzakirələr aparılacaq.
 

Tədbirin məqsədi rabitə sahəsində süni intellektin yaratdığı ciddi dəyişiklikləri müzakirə etmək üçün bu sahədə aparıcı ekspertləri bir araya gətirməkdir.
 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun sammitdə açılış nitqi ilə çıxış edəcəklər.  
 

Sammitdə dünyanın müxtəlif ölkələrindən strateji kommunikasiya liderləri iştirak edəcək, həmçinin Birləşmiş Millətlər Təşkilatının Qlobal Kommunikasiyalar üzrə Baş Katibliyinin müşaviri Melissa Fleminqin videomüraciəti oxunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat