Modern.az

Sanitar qovşaqda gənc oğlanın meyiti tapıldı

Sanitar qovşaqda gənc oğlanın meyiti tapıldı

Aktual

19 Dekabr 2024, 22:15

İsmayıllıda sanitar qovşaqda meyit aşkarlanıb.

 

Modern.az report-a istinadən xəbər verir ki, hadisə İvanovka kəndində baş verib.

 

İyirmi yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən aşkarlanıb.

 

Mərhumun nədən öldüyü hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə