Modern.az

Narkotikin təsirində olan mikroavtobus sürücüsü həbs olundu

Narkotikin təsirində olan mikroavtobus sürücüsü həbs olundu

Aktual

15 Yanvar 2025, 09:00

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, yoxlama zamanı sürücü Murad Əfəndiyevin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin də qərarı ilə M.Əfəndiyevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 30 gün inzibati həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat