Modern.az

Netanyahu Trampla görüşə gedir

Netanyahu Trampla görüşə gedir

Aktual

29 Yanvar 2025, 17:50

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.

Modern.az xəbər verir ki,  bu barədə “Times of Israel” nəşri Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu bazar günü səhər Ben Qurion hava limanından uçacaq, çərşənbə axşamı Ağ Evdə Trampla görüşəcək və cümə axşamı Vaşinqtonu tərk edəcək.

İsrail baş nazirinin mətbuat xidməti beş günlük səfər zamanı planlaşdırılan başqa görüşlər barədə məlumat verməsə də, qrafikin dəyişdirilə biləcəyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?