Modern.az

Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdü

Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdü

Aktual

30 Yanvar 2025, 12:50

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?