Modern.az

"Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu - VİDEO

"Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu - VİDEO

Aktual

21 Fevral 2025, 17:04

Qara dənizdə iki gəmi toqquşub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) "APA"ya bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?