Modern.az

Sürət həddi yenə endirildi

Sürət həddi yenə endirildi

Aktual

22 Fevral 2025, 22:53

Bakıda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub.

 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?