Modern.az

Avtomobildən keçmiş məhbusun meyiti tapıldı - VİDEO

Avtomobildən keçmiş məhbusun meyiti tapıldı - VİDEO

4 Mart 2025, 10:15

Sumqayıt şəhərində avtomobildən meyit tapılıb.

Modern.az xəbər verir ki, martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində “Mercedes” markalı 10 VF 250 N-li avtomobildə kişi meyiti aşkarlanıb.

Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?