Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

19 May 2010, 13:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16-18 dərəcə isti, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Mayın 21-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Mayın 22-də hava şəraitinin buludlu olacağı, 21-dən 22-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 20-də şimşək çaxacağı, yağış yağacağı, axşam və gecə ayrı-ayrı yerlərdə yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 18-23 m/s təşkil edəcək, Kür vadisi rayonlarında 25-27 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 22-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

21-22 mayda şimşək çaxacağı, arabir yağış yağacağı, axşam və gecə ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyinin surəti 5-10 m/s təşkil edəcək, arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Mayın 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam və gecə ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Temperatur tədricən 4-6 dərəcə aşağı enəcək. 19-u axşamdan 21-dək qərb küləyi arabir 18-23 m/s, Kür vadisi rayonlarında 25-27 m/s-dək güclənəcək.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir