Modern.az

“Brent” neftin qiyməti 73 dolları ötüb

“Brent” neftin qiyməti 73 dolları ötüb

Aktual

25 Mart 2025, 10:05

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb.

Modern.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,14% və ya 0,10 dollar artaraq 1 barelə görə 73,10 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,10% və ya 0,07 dollar artaraq 1 barelə görə 69.18 ABŞ dollarına yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?