Modern.az

Millət vəkili: “Xankəndi üzrə belə bir qurumun olması xankəndlilərin içindən gələn istəkdi”

Millət vəkili: “Xankəndi üzrə belə bir qurumun olması xankəndlilərin içindən gələn istəkdi”

Ölkə

21 May 2010, 14:37

Xəbər verdiyimiz kimi, 122 saylı Xankəndi Seçki Dairəsinin sədri Allahverdi  Doluxanov saytımıza açıqlamasında bildirmişdi ki, ola bilsin yaxın müddətdə Xankəndinin icra strukturları yaradılsın. O, artıq bununla bağlı müəyyən müzakirələrin getdiyini bildirib: “Çünki işğal olunmuş bütün Azərbaycan rayonlarının hər birinin icra strukturları fəaliyyət göstərir. Ancaq Xankəndinin icra qurumu yoxdur. Xankəndlilər pərakəndə halda yaşayırlar. İcra strukturunun yaradılmasını şərtləndirən digər amil də odur ki, xankəndililər kompakt halda bir-biri ilə əlaqə saxlaya bilsinlər”.

İşğal altında olan Xankəndi şəhərinin deputatı Həvva Məmmədova Modern.az-a bildirib ki, sözügüdən məsələdən xəbərdardır və bu, hər zaman gündəmdə olub: “İndi də bu əsas məsələ olaraq qalır. Hesab edirəm ki, xalqımızın, həmçinin də  xankəndlilərin arzu və istəkləri bundan ibarət olar ki, işğal olunmuş bütün rayonlarımızın hamısının qurumları fəaliyyət göstərsin. Dağlıq Qarabağın mərkəzi olan Xankəndi üzrə belə bir qurumun yaradılması xankəndlilərin içindən gələn istəkdi. Bu həm də ölkə Prezidentinin sərəncamında əks olunan bir məsələdir. Bu məsələyə necə baxacaqlar, necə müzakirə olunacaq, təbii ki, bunu zaman göstərəcək”. 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır