Modern.az

İctimai Birlik: “Ali məktəblərin qiyabi şöbələrində rüşvətxorluq halları var”

İctimai Birlik: “Ali məktəblərin qiyabi şöbələrində rüşvətxorluq halları var”

21 May 2010, 14:52

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin qış semestrində özəl ali məktəblərdə apardığı monitorinq və dövlət ali məktəblərində apardığı sorğunun nəticəsi Təhsil Nazirliyini qane etmədiyindən, bu ilin aprel-may aylarında qiyabi şöbələrdə monitorinq aparılmasına imkan verilməyib. Belə ki, təşkilatın qiyabi şöbələrdə monitorinq aparmaqla bağlı nazirliyə ünvanladığı 9 mart tarixli müraciətinə Təhsil Nazirliyi əvvəlcə müsbət cavab versə də, sonradan monitorinqin aparılması üçün heç bir şərait yaradılmayıb. Bu barədə Modern.az-a İctimai Birlikdən məlumat verilib. "Monitorinqlərin aparılmasına verilən razılıq məktubunda göstərilirdi ki, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun fəaliyyət proqramına uyğun olaraq müəyyənləşdirilən monitorinqlərdə iştirak edə bilər. İmtahanlar başlayan vaxt isə nazirliyin qiyabi şöbələrdə monitorinq müəyyənləşdirməyi məlum olub. Lakin Təhsil Nazirliyinin nümayəndələri may ayının əvvəlində bununçün müvafiq əmr hazırlanacağını və monitorinqlərə şərait yaradılacağını bildirsələr də, verilən vədə əməl olunmayıb".

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi monitorinqlərə şərait yaradılmamasını qiyabi şöbələrdə baş verən özbaşınalıqların ictimaiyyətdən gizlədilməsi kimi dəyərləndirərək növbəti həftədən etibarən ali məktəblərin qiyabi şöbələrində təhsil alan tələbələr arasında təhsilin vəziyyəti, imtahanlarda qarşılaşdıqları rüşvət halları və digər haqsızlıqlarla bağlı sorğu keçirəcək. Bir həftə ərzində keçirələcək sorğunun nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?