Modern.az

BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib - FOTO

BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib - FOTO

Aktual

9 May 2025, 13:25

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Modern.az xəbər verir ki, universitet əməkdaşları xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı önünə tər çiçəklər düzülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?