Modern.az

Neftin qiyməti 67 dolları ÖTÜB

Neftin qiyməti 67 dolları ÖTÜB

Aktual

13 May 2025, 09:22

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,47 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,47 ABŞ dolları, yaxud 2,24% artaraq 67,13 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə