Modern.az

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Aktual

16 May 2025, 13:24

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkəti təxirə salınmadan aparılacaq.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istintaq hərəkətinin təxirə salınmadan aparılması zəruri olduğu hallarda, müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi