Modern.az

Ağdamda güclü yanğın başladı

Ağdamda güclü yanğın başladı

Hadisə

9 Avqust 2025, 23:55

Ağdamda yenidən yanğınlar başlayıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, növbəti yanğın rayonun Novruzlu kəndi ərazisində başlayıb. 

 

Yanğın kənd ərazisindəki quru ot və kol sahələrindən başlayaraq geniş ərazilərə yayılıb.  

 

Əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.

 

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Sizə yeni x var
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!