Modern.az

Lerikdə torpaq sürüşməsi oldu

Lerikdə torpaq sürüşməsi oldu

Hadisə

23 Avqust 2025, 21:46

Lerikdə torpaq sürüşməsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evin hər an uçmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır