Modern.az

Goranboyda ağır qəza

Goranboyda ağır qəza

Hadisə

31 Avqust 2025, 23:49

Goranboy rayonunda yol-nəqliyyat qəzasının baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə Balakürd kəndində qeydə alınıb. Qəza yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

 

Müəyyən olunub ki, “Mercedes” və VAZ 2107 markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?