Modern.az

Naxçıvanda müəllim dərs zamanı vəfat etdi

Naxçıvanda müəllim dərs zamanı vəfat etdi

Təhsil

6 Oktyabr 2025, 09:12

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

Modern.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.

Dərs zamanı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Kamil qızı Budaqovanın qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?