Modern.az

Kürdəmirdə ər arvadını BIÇAQLADI

Kürdəmirdə ər arvadını BIÇAQLADI

Hadisə

14 Oktyabr 2025, 08:41

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.

Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir