Modern.az

Ağdama daha 24 ailə köçdü

Ağdama daha 24 ailə köçdü

Qarabağ

31 Oktyabr 2025, 07:32

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var