Modern.az

İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarları onlar olacaq

İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarları onlar olacaq

İdman

7 Noyabr 2025, 12:48

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var