Modern.az

Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR

Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR

Ölkə

7 Noyabr 2025, 17:28

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün - 7 noyabr 2025-ci il tarixində iki şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov (ölümündən sonra) bu fəxri ada layiq görülüb.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin giziri Pəncəli Nurməmməd oğlu Teymurov da (ölümündən sonra) fəxri adı alıb.

Xatırladaq ki, Vaqif Qurbanov 1992-ci ilin iyununda, Pəncəli Teymurov isə 2016-cı ilin aprelində şəhid olub.

Modern.az-ın məlumatına görə, dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərə çatıb. 
 
Bundan əvvəl “Milli Qəhrəman” fəxri adı Prezidentin 30 dekabr 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvləri kapitan İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya ölümlərindən sonra verilmişdi. Onlar Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə fəxri ada layiq görülmüşdülər.

Azərbaycanın 224 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

Sağ qalan Milli Qəhrəmanlar aşağıdakı şəxslərdir:



1. Bəxtiyar Allahverdiyev
2. İntiqam Atakişiyev
3. Rövşən Əkbərov
4. Vahid Quliyev
5. Mirzə Quliyev
6. Şahin Tağıyev
7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev
9. Fariz Qəhrəmanov
10. Mədət Quliyev
11. Zabit Quliyev
12. Fariz Mədətov
13. Mövsüm Məmmədov
14. Sahil Məmmədov
15. İbad Hüseynov


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var