Modern.az

Sabahdan hava dəyişəcək - Leysan, dolu və qar yağacaq...

Sabahdan hava dəyişəcək - Leysan, dolu və qar yağacaq...

Ölkə

15 Noyabr 2025, 12:20

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır