Modern.az

Gədəbəydə 37 yaşlı kişi öldürüldü - Atası tutuldu

Gədəbəydə 37 yaşlı kişi öldürüldü - Atası tutuldu

Hadisə

17 Noyabr 2025, 12:18

Gədəbəy rayonunda qətl törədilib.

Modern.az xəbər verir ki, noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb.

Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı