Modern.az

Şamaxıda faciə - məktəbli dəm qazının qurbanı oldu

Şamaxıda faciə - məktəbli dəm qazının qurbanı oldu

17 Noyabr 2025, 18:15

Şamaxıda məktəbli dəm qazının qurbanı olub.

Modern.az xəbər verir ki, hadisə rayonun Qızmeydan kəndində baş verib.

Kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib.

O, Şamaxı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır