Modern.az

Sərhədlərin açılmasına hazır olmalıyıq - Komitə sədri

Sərhədlərin açılmasına hazır olmalıyıq - Komitə sədri

Parlament

19 Noyabr 2025, 16:51

8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir:

"Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq".

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?