Modern.az

Bakıda Çin maşını sürücüsü ilə birlikdə yandı

Bakıda Çin maşını sürücüsü ilə birlikdə yandı

Hadisə

3 Dekabr 2025, 08:50

Lökbatan qəsəbəsində Çin istehsalı avtomobil yanıb.

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Dongfeng Aeolus E70" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?