Modern.az

İraqlı nazir Azərbaycana gəldi

İraqlı nazir Azərbaycana gəldi

3 Dekabr 2025, 21:54

İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam əl-Yəsri iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etmək üçün Azərbaycana rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, həmçinin rabitə və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın yeni imkanlarının öyrənilməsinə yönəlib.

 

İraqın Rabitə Nazirliyindən bildirilib ki, Yəsrinin səfəri Bağdadın Azərbaycanla iqtisadi və texnoloji tərəqqiyə töhfə verən birgə təşəbbüsləri təşviq etmək niyyətini nümayiş etdirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?