Modern.az

Heç vaxt atəşkəslə bitməyəcək "müharibə"...

Heç vaxt atəşkəslə bitməyəcək "müharibə"...

6 İyun 2010, 12:56

İnsanlarla ağcaqanadlar arasındakı sonu görünməyən mübarizə

 

Yay gəldi, ağcaqanadların mövsümü başladı. Dincliyimizi, rahatlığımızı əlimizdən alan, əsəblərimizlə oynayan bu həşəratların əlindən yaxa qurtarmağın yolları hamını düşündürür. İnsanlarla ağcaqanadlar arasındakı «müharibə» illər, əsrlər boyu davam edib və indi də atəşkəsdən söhbət gedə bilməz.

 

Yəqin ki, sonu görünməyən bu davanın nə vaxt bitəcəyi heç kimə məlum deyil.  

Ağcaqanadlar əsasən, yayda və ya payızda olur. İnsan qanına susamış bu vüsudları balaca vampirlər də adlandırırlar. Ağsaqanadlar ikiqanadlıların uzunbığlılar yarımdəstəsinin bir fəsiləsidir. Əsasən rütubətli ərazilərdə yaşasalar da quru yerlərdə onlarla rastlaşmaq mümkündür.

Azərbaysanda altı sinsə mənsub iyirmi dörd növü məlumdur. Bədəni uzunsov (3-10) mm, başı kiçik, ayaqldarı nazik və uzundur. Ağız orqanı xortum şəklinldə, sansıb-soran tiplidir. Bığları on beş buğumludur. Qanadları ensiz və on damarlıdır. Yumurtalarını suya qoyur. Sürfələri suda üzən ibtidai heyvanlar, bakteriya və yosunlarla qidalanır. Suda puplaşır. Erkəkləri yetkinləşəndən sonra əsasən çiçək şirəsi ilə qidalanır. Dişiləri heyvan və insanların qanını sorur. Ağsaqanadlar müxtəlif xəstəliklərin törədicisidir. Onlar insanı malyariya, sarı qızdırma kimi qorxulu mərəzlərə yoluxdura bilirlər.

Ağsaqanad çox mükəmməl bir məxluqdur. Onların başında bir sıra həşəratlarda olduğu kimi bir cüt antenna var. Bu antennalar çox həssasdır. Xüsusən erkək ağcaqanadların antennalarının həssaslılıq qabiliyyəti o qədər yüksəkdir ki, hətta onlar dişiləri qanadlarının səsindən tanıyıb tapa bilir.

Antennaların ortasında isə xortum yerləşir. Xortum altı ədəd bıçaqdan ibarətdir. Ağcaqanadlar xortumlarından qan sormaq üçün istifadə edirlər.

Bir ağsaqanadın çəkisi 2,5 mq olsa da, bir dəfəyə 2,8 mq qan sora bilir. Bu vücudlar qan sorarkən qarınları çox elastik oluduğundan xeyli şişir. Bu şişkinlik ta beyindən siqnal gələnədək davam edir. Nəhayət partlaya biləcəyini anlayan (qandan doyan) ağcaqanad dayanır. Bundan sonra yığdığı qan yavaş-yavaş onun vücüduna sorulur.

Ağcaqanadlar ayaqlarında olan orqan vasitəsilə dərinin altında qanın çox olduğu yerləri asanlıqla müəyyənləşdirə bilirlər. Həmin nayihəni müəyyənləşdirəndən sonra dərinin üzərinə qonub iynəsini işə salır. Qan sorma əməliyyatına başlayan ağsaqanad əvvəlsə xortumunda olan dörd kəsisi bıçaq vasitəsilə dərini kəsir. Başqa iki bıçaq isə birləşib bir boru əmələ gətirir. Həmin boru vasitəsilə qan sorulur. Ağsaqanadın iynəsinin xüsusiyyətlərindən biri də istədiyi dərinlikdə əyilə bilməsidir. Bu bıçaq lazım gələndə dərinin səthinə paralel də hərəkət edə bilir və qanla ən zəngin sahəyə çatır. Dərini kəsməzdən əvvəl oranı lokal anesteziya edirlər ki, zərərçəkənlər duyub mane olmasın. Bilindiyi kimi, qan hava ilə təmas edəndə laxtalanır. Bu halda o ağsaqandın xortumunu tıxaya bilər. Bunun qarşısını almaq üçün ağcaqanadlar sorduğu qana bir maddə qatır ki, o da qanı istədiyi qatılıqda saxlayır. İnsanlara ən çox hücum edən, yəni qanımızı soran məhz dişi ağsaqanadlardır. Əslində ağsaqanadlar çiçək şirələri ilə qidalanırlar. Amma qan sormaq onlarda bir adətdir və necə deyərlər bu xasiyyətlərini heç vaxt yaddan çıxara bilmirlər.

Yumurtasını lazımi yerə qoymaq gələndə ağsaqanad qarnının altındakı orqan vasitəsilə torpağı analiz edir. Sonra yumurtaları su içinə qoyub gedir. Ansaq yumurtaların qorunması üçün heyrətli dərəsədə profilaktik tədbirlər görür.  Yumurtalar elə yaradılıb ki, müvafiq nəmlik və istilik şərtləri olmayanda inkişaf prosesi avtomatik olaraq dayanır.  Quraqlıq və ya uzun sürən soyuq olanda yumurta çatlamır və balalar çıxmır. Ana ağsaqanadın gesə yumurtladığı yumurtaların sayı qırx-iki yüz arasında dəyişir. Yumurtaları düşməndən qorumaq üçün anna atcaqanad səhər hava işıqlaşmağa başlayanda buqələmun kimi rəngini dəyişir.

Ağcaqanad balaları yumurtadan çıxandan az sonra saniyədə 500 dəfə qanad çala bilir, uçurlar.

Tibb mütəxəssisləri dəfələrlə ağcaqanadların iynəsi kimi kiçik iynələr düzəltməyə çalışsalar da bu alınmayıb.

 Azərbaycanın müxtəlif yerlərində ağcaqanadlara “ditdili”, “hünü” də deyilir.

Statistik məlumatlara görə, hər il ölkəmizdə 100-ə yaxın adam malariya yoluxur. Xəstəliyə yoluxanlar əsasən Kür və Araz çayları boyunca yerləşən rayonların sakinləridir. Çünki bu xəstəliyi yayan Anofeles adlı ağcaqanadlar əsasən şirin su hövzələrində yaşayıb çoxalmağa qadirdilər.

Bakı şəhərinin ərazisində yayılan ağcaqanadlara gəldikdə, mütəxəssislər onların malyariya yaymaq qabiliyyətinə malik olmadığın bildirirlər. Hələ indiyədək paytaxtda Anofeles ağcaqanadlarına rast gəlinməyib. Bununla belə paytaxta ağcaqanad çoxdur və şəhər sakinlərinin dincliyini pozurlar. Qeyd edək ki, indi ağcaqanadlara qarşı mübarizə üsulları kimi müxtəlif dərmanlardan istifadə olunur. Mütəxəssislərin fikrincə, həmin dərmanlardan düzgün istifdə etmək lazımdır ki, sağlamlığa ziyan dəyməsin. Ən çox istifadə edilən «Pif-paf»dan düzgün istifadə olunmaması ağcaqanadlardan çox insanın sağlamlığına zərər vura bilər. Bəzi adamlar bu dərmanı otaqda yandırıb tüstülətməklə ağcaqanadları qovumağa çalışır ki, bu da qətiyyən olmaz. «Pif-paf» elektrik cərynına qoşulan xüsusi aparata qoyulmalıdır ki, bu zaman əmələ gələn qoxu ağcaqadalara mənfi təsir göstərsin. Ağcaqanadlara qarşı ən yaxşı vasitə isə qiyməti «Pif-paf»dan xeyli baha olan gümuşu rəngli maye-«Reyd» preparatı hesab olunur. Amma onun da gərək saxtasını almayasan.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir