Modern.az

Balakəndə ağır qəza - ÖLƏN VAR

Balakəndə ağır qəza - ÖLƏN VAR

Hadisə

15 Dekabr 2025, 20:36

Balakən rayonunun Talalar kəndi ərazisində axşam saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupuna istinadla bildirir ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Qəza nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıblar.

 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada