Modern.az

Sabirabadda kombayn kanala aşdı, sürücü ölü

Sabirabadda kombayn kanala aşdı, sürücü ölü

Hadisə

25 Dekabr 2025, 10:16

Sabirabadda kombayn kanala aşıb.

Modern.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı