Modern.az

Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı

Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı

Hadisə

25 Dekabr 2025, 10:52

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb. 

Modern.az xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 49 yaşlı İsmayıl Nuriyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ