Modern.az

Naxçıvanda məsciddə yanğın 

Naxçıvanda məsciddə yanğın 

Hadisə

1 Yanvar 2026, 21:22

Naxçıvanda məsciddə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ